Bakı Fond Birjası Müşahidə Şurasına yeni üzvlər seçilib

16:12 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Ötən il dekabrın 20-də “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, yığıncaqda qurumun 2020-ci il üzrə büdcə layihəsi təsdiq olunub.

Bundan başqa, Cəmiyyətin Müşahidə Şurasının (MŞ) və Audit Komitəsinin (AK) tərkibində dəyişikliklər edilib. Belə ki, "Unibank" ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru Tural Həsənov, "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin 26,02%-lik səhmdarı Ceyhun Abdullayev və "Azər-Türk Bank" ASC-nin Xəzinədarlıq departamentinin direktoru İlqar Yusibov MŞ-ya, Namiq Qədirov isə AK-ya yeni üzv seçilib.

Müəllif: Elmir Murad

Вся лента