Bakı Metropoliteni tender keçirir

17:11 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC “Müxtəlif növ santexnika malların satın alınması üzrə tender keçirir.

Tenderdə iştirak haqqı 400 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 14 yanvar 2020-ci il saat 15.00-a , tender təklifini isə 23 yanvar  2020-ci il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 24 yanvar  2020-ci il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Rauf Yusifov

Telefon: (+99412) 490000

 

 

Вся лента