Qızıl bu dəfə kəskin ucuzlaşdı – Ekspertlər səbəbini açıqladı

10:20 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Bir neçə gün əvvəl kəskin bahalaşan qızıl bu dəfə xelyi ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 5,70 dollar ucuzlaşaraq 1 548,60 dollara ticarət olunub.

Ekspertlər qızılın qiymətinin ucuzlaşmasını ABŞ və İran arasındakı gərginliyin hər iki tərəfin “yumşaq” bəyanatlarından qaynaqlandığını düşünür.

Belə ki, İran generalı Qasım Süleymaninin ABŞ tərəfindən öıdürülməsindən sonra gərginləşən münasibətlər fonunda qızıl bahalaşmışdı.

Rəsmi Vaşinqtonun sülh danışıqlarına həmişə hazırıq açıqlamasından sonra isə qiymətlər yenidən stabilləşməyə və ucuzlaşmağa doğru gedir. Qeyd edək ki, gümüşün unsiyasının qiyməti isə 0,04 dollar azalaraq 17,90 dollara satılıb.

Müəllif: Elmir Murad

 

Вся лента