Hesab.az istifadəçiləri üçün daha bir yenilik

05.10.2017,16:53


Hesab.az istifadəçiləri artıq şəxsi kabinetdən ödəniş etdikləri zaman abunə kodunu əlavə etmək məcburiyyətində qalmayacaqlar.

Bunun üçün hesabların ödənişi bölməsində ‘Birbaşa ödə” funksiyası yaradılmışdır. Bu xidmətin əsas üstünlüyü istifadəçilərin öz ödənişlərindən əlavə digər ödənişləri ödəmək istədiyi zaman birbaşa olaraq ödəmək imkanı yaratmasıdır. Bu yeni ödəniş xidməti isə istifadəçinin şəxsi kabinetinə əlavə olunmayacaqdır. Bununla da istifadəçinin şəxsi kabinetində yalnız ona daima lazım olan ödəniş xidməti yerləşdiriləcək və daimi olmayan, nadir hallarda ödəniş olunan xidmətlər şəxsi kabinetə əlavə olunmayacaq. Bu xidmət sırf olaraq istifadəçilərimizin rahatlığını təmin etmək və eyni zaman odənişlərin daha sürətli və təhlükəsiz şəraitdə həyata keçirilməsini təmin etməkdir.

Xatırladaq ki, ölkənin ilk onlayn ödəmə platforması olan Hesab.az (GoldenPay), “Visa” və “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərinin sertifikasiyadan keçmiş Onlayn ödəmə sisteminə malikdir. Bununla yanaşı, GoldenPay xüsusi şifrələnmə üçün Geo Trust istifadə edərək, müvafiq ödəniş məlumatlarının şifrələnməsini təmin edir. Yüzminlərlə istifadəçini özündə cəmləşdirən bu xidmət istifadəçilərə rahat və ən əsası təhlükəsiz şəraitdə kommunal, mobil rabitə, internet, bank ödənişləri etmək, kinoteatr biletləri və sığota almaq kimi geniş imkanlar yaradır. Portalın yenilikləri haqqında www.hesab.az saytında və eyni zamanda portalın rəsmi facebook səhifəsində  https://www.facebook.com/hesabaz/ məlumat əldə edə bilərsiniz.

 

Ключевые слова: Hesab.az GoldenPay