Böyük məbləğli müqavilə" />
  330x110
 

"London taksiləri"-nə xidməti bu şirkət göstərəcək – Böyük məbləğli müqavilə

10.01.2020,14:12


10 yanvar, Fineko/abc.az. "London taksiləri"-nə xidməti göstərəcək şirkət məlum olub.

ABC.AZ xəbər verir ki, bunun üçün böyük məbləğli satınalma həyata keçirilib.

Belə ki, "Bakı Taksi Xidməti" MMC şirkəti, “Auto Services” MMC-ni keçirdiyi açıq tenderin qalibi elan edib. Artıq bununla bağlı müqavilə də imzalanıb. Məbləği 949 min 496 manat olan müqavilə  “London Taksi TX4” markalı avtomobillərə texniki (cari, əsaslı, təmir, kimyəvi təmizləmə, avtoyuma) xidmətlərin göstərilməsini nəzərdə tutur.

Müqaviləyə əsasən 6000 ədəd avtomobil texniki baxışdan keçiriləcək, 3500 avtomobilin mühərrik yağı və filterlər dəyişdiriləcək və s. Qeyd edək ki,  müqavilə 1 illik imzalanıb.

Müəllif: Elmir Murad