Ölkədəki ödəniş sistemini genişləndirməyi düşünürük - Elman Rüstəmov

15:28 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Bu il əsas məqsədimiz bank sektorunun aktivliyilini daha da artırmaqdır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov sahibkarlarla görüşündə bildirib.

2020-ci ilin prioritetlərini açıqlayan baş bankir xeyli yeniliklərin olacağını istisna etməyib: “Bu il bank sektoru ilə yanaşı sığorta bazarını da daha da genişləndirəcəyik. Sığorta bazarının genişləndirilməsi üçün yeni layihə hazırlanıb və onu tətbiq etməyi düşünürük. Həmçinin kapital bazarını da inkişaf etdirməyi planlaşdırmışıq. Bu ilki birinci hədəflərimizdən biri də pul kredit siyasətini stabilləşdirməkdir. Ölkədəki ödəniş sistemini genişləndirilməsi də bu ilki planlarımızdan kənarda qala bilməz. Bu istiqamətdə bizneslə banklar arasında onlayn əlaqələrin yaradılmasını planlaşdırmışıq. Həmçinin bu ildən yeni 7/24 və 365 gün layihəsini hazırlayıb başa çatdıracağıq”.

Müəllif: Elmir Murad

 

Вся лента