330x110
 

Bank VTB (Azərbaycan) nağd pul krediti üzrə faiz dərəcələrini endirdi

10.01.2020,17:30


10 yanvar, Fineko/abc.az.  VTB (Azərbaycan) nağd pul krediti üzrə şərtlərini yeniləyib. Bank krediti endirilmiş faiz dərəcəsi – illik 18% ilə təklif edir. Bundan başqa, maliyyələşmənin müddəti də uzadılıb. İndi müştərilər maliyyə imkanlarına uyğun olaraq kredit üçün 6 aydan 48 ayadək müraciət edə bilər. Kreditin məbləği 300 manatdan 10 000 manatadək təşkil edir.

Krediti bankın istənilən filialından və ya məsafəli kanallar - internet və mobil bank, WhatsApp
( +99455 2140986), 986 nömrəli Çağrı mərkəzi, eləcə də bankın saytı vasitəsi ilə müraciət edərək əldə etmək mümkündür.

 

 

Ключевые слова: VTB