Bakı Fond Birjası tərəfindən UNEC-də “ Kapital Bazarları – MASTERCLASS” təlimi təşkil edilmişdir

22.12.2017,17:22


22 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasının tərəfindən UNEC-də “Maliyyə Laboratoriyası"-da “Bilik mübadiləsi” layihəsi çərçivəsində “Kapital Bazarları – MASTERCLASS” təlimi təşkil edilmişdir.

Təlimlər “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” nə  uyğun olaraq, Azərbaycanda sahiblik düşüncə tərzinin formalaşdırılması, kapital bazarlarının təşviqi və gənclər arasında bu sahəyə marağın artırılması məqsədi ilə təşkil olunmuşdur.

Təlim ərzində  BFB-nin peşəkar təlimçiləri olan Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili və Biznesin İnkişafı qrupunun aparıcı mütəxəssisi  Əli Orucov geniş təqdimatla çıxış etmişdir. Təqdimatlarda iştirakçılara maliyyə bazarlarının növləri və fəaliyyət mexanizmləri, BFB-də qiymətli kağızlarla ticarət və listinq, post-ticarət əməliyyatları, qiymətli kağızları kütləvi ticarət olunan şirkət olmağın üstünlükləri, eləcədə “IPO” mövzuları barədə nəzəri və praktiki biliklərə dair geniş təqdimatla çıxış etmişlər.

Təşkil edilmiş təlimdə iştirak edən tələbələrə BFB- tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Sual cavab sessiyasında tələbələrin sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmış  və geniş müzakirələr aparılmışdır.

 

Ключевые слова: BFB UNEC masterclass Kapital Bazarları