Elman Rüstəmov bu dəfə dollardan danışdı – Onun sabit qalması üçün bazara valyuta buraxılmayıb

10:52 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan Mərkəzi Bankı dolların mənəzzəsinin sabit qalması üçün bazara valyuta buraxmayıb, əksinə bazardakı artıq valyuta kütləsini sterilizasiya edib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın baş bankiri Elman Rüstəmov ötən həftə sahibkarlar və bank sədrləri ilə göoüşündə bildirib.

O, qeyd edib ki, 2019-cu ildə Azərbaycanın valyuta ehtiyatları 14%, Mərkəzi Bankın valyuta ehtiyatları isə əhəmiyyətli dərəcədə artıb: “Bu o deməkdir ki, biz (2019-da) manatın məzənnəsinin sabitliyinə vəsait sərf etməmişik, əksinə, bazarda olan bir qədər artıq valyutanı sterilizasiya etməyə məcbur olmuşuq”.

Müəllif: Elmir Murad

 

 

Вся лента