Azərbaycan “Şahdəniz” layihəsinin inkişafına 524,5 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb edib

17:28 - 22.12.2017


22 dekabr,Fineko/abc.az.  “Cənub Qaz Dəhlizi” QSC  524,5 milyon dollar məbləğində sindikatlaşdırılmış kredit cəlb edib.

QSC-nin məlumatında deyildiyi kimi, sindikatlaşdırılmış kredit,  “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının dövlət zəmanəti, habelə Asiya İnkişaf Bankı (ADB) zəmanəti ilə ayrılıb.

“Kredit müqaviləsinə dair zəmanət müqaviləsini Azərbaycan dövləti adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD-nin baş direktoru Əfqan İsayev imzalayıb”, - məlumatda belə deyilir.

Cari ilin may ayında Asiya İnkişaf Bankı dövlət zəmanəti əsasında 15 il müddətinə 500 milyon dolları məbləğində kredit ayırıb.

 

Вся лента