Neftin qiymətləri sabitdir

10:18 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Bazar ertəsi günündən sonra, çərşənbə axşamı günü neftin qiymətləri ticarət gedişatında sabitdir.

Yanvarın 13-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,78 (1,2%) azalaraq bir barelə $64,20 təşkil etmişdir. Onların qiyməti saat 9:15-də $0,05 (0,08%) artaraq bir barelə $64,25 təşkil etmişdir.

Yanvarın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,96 (1,63%) azalaraq bir barelə $58,08 təşkil etmişdir. Fyuçers qiyməti saat 9:15-də $0,01 (0,02%) artaraq bir barelə $58,09 təşkil etmişdir.

 

Вся лента