İcmal büdcənin gəlirləri proqnozlaşdırıldığından daha çox olub – Samir Şərifov

10:29 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. 2019-cu ildə biz dövlət büdcəsinə dürüstləşmə apararkən Dövlət Sosial Müdafiə Fonduna transferti artıq 150 milyon manat azaltmışdıq. İlin nəticələrinə görə isə faktiki olaraq əlavə transfertə ehtiyac olmadığına görə təxminən 180 milyon manata qədər qənaət əmələ gəlib.

ABC.AZ xəbər verir ki, b yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Maliyyə naziri Samir Şərifov deyib.

Sözügedən qənatəin necə yarandığını izah edən nazir icmal büdcənin gəlirlərinə də toxunub: “Bu da onun hesabına baş verib ki, sosial sığorta haqlarının yığılmasında böyük dönüş yaradılıb. İcmal büdcənin gəlirləri də faktiki olaraq nəzərdə tutulduğundan xeyli çox daxil olub. Ümumi daxilolmalarımız daha çox olub. İcmal büdcənin gəlirləri 29 milyard 235 milyon manat məbləğində proqnozlaşdırılsa da, faktiki icra 33 milyard 818 milyon manat və yaxud 15,7 faiz artıq, yəni, 4 milyard 583 milyon manat çox təşkil edib. İcmal büdcənin xərcləri isə 27 milyard 371 milyon manata qarşı 26 milyard 476 milyon manat məbləğində və yaxud 97 faizə yaxın icra edilib”.

Müəllif: Elmir Murad

 

Вся лента