Elman Rüstəmov inflyasiyadan danışdı - Sabit məzənnə yaradır

14:29 - 14.01.2020


14 yanvar, Fineko/abc.az.  Mən artıq qeyd etdim, dövriyyədə olan pul kütləsinin həcmi 24 faizdən çox artıb, bu da pul siyasətini yumşaltma deməkdir və bütövlükdə banklara 2 milyard manatdan çox vəsait verilib.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onlar təbii ki, vəsaitlərdən kreditlərin verilməsi üçün istifadə edə bilərlər deyən baş bankir qeyd edib ki, bütövlükdə Azərbaycanda son 3 ildə aşağı inflyasiya, möhkəm və sabit məzənnə, çox aşağı və konservativ azalan xarici borc, möhkəm xarici mövqelərimiz ölkəmiz üçün əlverişli şərait yaradır: “Azərbaycanın xarici kreditor mövqeyi iki dəfədən yuxarıdır, yəni bizim xaricdə yerləşdirdiyimiz vəsaitlərin həcmi 100 milyard dollardan yuxarı olmaqla, öhdəliklərimizdən iki dəfə çoxdur. Bu, onu göstərir ki, Azərbaycanda möhkəm makroiqtisadi sabitlik və dayanıqlılığın əsasları yaradılıb və tədricən bu dayanıqlılıq və makroiqtisadi sabitlik iqtisadi artımda və iqtisadi inkişafda mühüm rol oynamağa başlayır. Bu, iqtisadi inkişafa transformasiya olunur. Öən il Mərkəzi Bankın mandatı bir qədər genişləndirildi. Bütövlükdə maliyyə sektorunda müsbət meyillər var, baxmayaraq ki, bir sıra həssaslıqlar qalıb. Biz kreditləşmənin artdığını görürük, ötən il kreditlər 16 faiz artıb, o cümlədən bütövlükdə biznes kreditləri. Yəni, təsərrüfat subyektlərinə verilən kreditlər 11 faiz artıb”.

Müəllif: Elmir Murad

 

Вся лента