Ötən günkü artımdan sonra neftin qiymətləri enir

10:17 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Ötən günkü artımdan sonra neftin qiymətləri çərşənbə günü azalmağa doğru hərəkət edir.

Yanvarın 14-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,29 (0,45%) artaraq bir barelə $64,49 təşkil etmişdir. Onların qiyməti saat 9:20-də $0,18 (0,28%) enərək bir barelə $64,31 təşkil etmişdir.

Yanvarın 14-də Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $0,15 (0,26%) yüksələrək bir barelə $58,23 təşkil etmişdir. Fyuçers qiyməti saat 9:20-də $0,17 (0,29%) enərək bir barelə $58,06 təşkil etmişdir.

 

Вся лента