Mərkəzi Bankın transmissiya imkanları artır – Vüsal Qasımlı

11:55 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Mәrkәzi Bank 2019-cu ildә uçot dәrәcәsini mәrhәlәlәrlә 9,75 faizdәn 7,5 faizә endirmәklə manatın məzənnəsini yumşaldıb. Göründüyü kimi, manatın məzənnəsinə təsir edən azaldıcı və artırıcı vasitələr elə tənzimlənib ki, milli valyuta sabitliyini qoruyub.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı yanvarın 13-də prezident yanında müşavirəni şərh edərkən deyib.

O qeyd edib ki, nağdsız dövriyyənin artması, rəqəmsal ödənişlərin genişlənməsi, "kölgə iqtisadiyyatı" ilə mübarizə, qiymətli kağızlar bazarının həcminin böyüməsi Mərkəzi Banka və hökumətə manatın məzənnəsi və inflyasiyanın tənzimlənməsi üçün daha geniş imkanlar verir. “Xüsusən də, Mərkəzi Bankın transmissiya imkanları artır” deyə V.Qasımlı əlavə edib. Onun sözlərinə görə, Azәrbaycandakı inflyasiyanın ticarәt tәrәfdaşı olan ölkәlәrdәki orta inflyasiyadan әhәmiyyәtli aşağı olması manatın real effektiv mәzәnnәsinә azaldıcı tәsir göstәrmәklә rәqabәt qabiliyyәtini dәstәklәyib: “2019-cu ildə dә faizlәrin enmәsinә baxmayaraq, Mərkəzi Bankın keçirdiyi hәrraclarda tәlәbin tәklifi әhәmiyyәtli üstәlәmәsi bank sisteminin likvidlik mövqeyindә irihәcmli struktur profisitinin qaldığını göstәrir. Məhz bu likvidlik istehlakın deyil, daha çox real sektorun inkişafı üçün maliyyə qaynağı sayıla bilər. Nəzərə alsaq ki, ötən il kredit portfelində ev təsərrüfatlarının xüsusi çəkisi 50 faizi ötüb. Bu məsələ Mərkəzi Bankın və hökumətin qarşısında qoyulmuş əsas vəzifədir. Ötən il banklara 2 milyard manatdan çox vəsait verilib”.

Müəllif: Elmir Murad

 

Вся лента