Təminatsız kreditorlara sevindirici xəbər – “Dəmir Bank” pulunuzu bu ay ödəyəcək

16:38 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmir Bank” ASC-nin kreditorlarına müraciət edib.

ADIF-dən ABC.AZ-a bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin ödənişi yanvarın 23-dən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.

Müəllif: Elmir Murad

 

Вся лента