Nazir Azərbaycandakı yoxsulluqdan danışdı – Bakıda keçirilən seminarda

11:15 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycandakı yoxdulluğun səviyyəsi barədə açıqlama verib.

ABC.AZ xəbər verir ki, nazir Bakıda Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası arasında yeni əməkdaşlıq çərçivəsini formalaşdırmaq məqsədilə keçirilən seminarda bildirib ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 2001-ci ildə 49% idisə hazırda bu rəqəm 4,9%-dir.

M. Cabbarov deyib ki, 2016-cı ildə prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası Azərbaycan üçün prioritet hesab edilən 17 məqsəd, 88 hədəf göstərici seçib: “Bu hədəflər üzrə hazırlanan dövlət proqramları milli fəaliyyət proqramlarına inteqrasiya edilib. DİM-lərin milli prioritetlərə uyğunluğunu müəyyən etmək üçün sürətli kompleks qiymətləndirmə aparılıb və qiymətləndirmənin nəticəsinə görə, mövcud strateji sənədlərin DİM-lərə uyğunluğu 70% müəyyən edilib".

Müəllif: Elmir Murad

Вся лента