Rusiyanın İxrac kreditlərinin və investisiyaların sığortalanması üzrə Agentliyi Azərbaycanda 322,5 milyon dollar dəyərində layihələri dəstəklədi

13:28 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. Bu gün Bakıda Rusiya İxrac Mərkəzinin (RİM) açılışı oldu.

RİM məlumatına əsasən, RİM qruplar tərkibinə daxil olan Rusiyanın İxrac kreditlərinin və investisiyaların sığortalanması üzrə Agentliyi (ESKAR) Azərbaycanda Rusiya şirkətlərinin layihələrini 322,5 milyon dollar dəyərində,  Rusiyanın “Roseksimbank”-ı  249 milyon dollar dəyərində dəstəklədi.

RİM məlumatına görə, 10 ay ərzində Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2,1 milyard dollara çatmışdır ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə, 51% çoxdur.  Bu məbləğdən 1,6 milyard dollar Rusiya ixracının payına, o cümlədən,1,5 milyard dollar - qeyri xam qeyri energi ixracının payına düşür.

 

 

Вся лента