Amrahbank ASC Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2 nominasiya üzrə ölkənin ən fəal bankı seçilib

13:58 - 25.12.2017


21 dekabr 2017-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2017” adlı tədbir keçirildi. Tədbir zamanı ABA-ya üzv olan  müxtəlif üzv və təşkilatlar mükafatlandırıldı.

Tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri, tərəfdaş KİV-nin nümayəndələri və digər dəvətlilər iştirak etdilər.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan Banklar Assosiasiyası prezidenti cənab Zakir Nuriyev qeyd etdi ki, 2017-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

 

Amrahbank ASC "Korporativ sosial məsuliyyət" və "Ən fəal təhsil dəstəkçisi"  nominasiyaları üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb.

 

Xatırladırıq ki, Amrahbank ənənəvi bank fəaliyyəti ilə yanaşı elm, təhsil, sağlamlıq, idman və s. korporativ sosial məsuliyyət layihələrinin həyata keçirilməsini özünün əsas prioritetlərindən hesab edir. Bank tərəfindən bu tip tədbirləin keçirilməsində əsas məqsəd, ictimaiyyətdə mövcud olan problemlərə biganə qalmamaq, onların həllinə yardım göstərmək, gənc nəslin  maliyyə savadlılığının artırılmasına dəstək vermək, onların şəxsi inkişafını təmin etmək və gələcək fəaliyyətləri üçün stimul yaratmaqdır.

 

Amrahbank “Sizə açıq və aydın bank”

Вся лента