Əmanətlərin Sığortalanması Fondu: Fondun, ləğv edilmiş “Dəmirbank”ın əmanətlərinin kompensasiyasının ödənilməsi üçün kifayət qədər vəsaiti var

17:13 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondu (ADIF) Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə ləğv edilmiş “Dəmirbank” QSC-nin əmanətlərinin kompensasiyası üçün kifayət qədər vəsaitinin mövcudluğunu bildirir.

Fondun məlumatında deyilir ki, bankın lisenziyası, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  23 dekabr 2017-cı il tarixli 49 saylı qərarı ilə ləğv edilib. 

“Dəmirbank” ASC-də fiziki şəxslər tərəfindən yerləşdirilən qorunan əmanətlər Fond tərəfindən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada və müddətlərdə əmanətçilərə qaytarılacaqdır”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki,  qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün ərizələrin qəbulu yeri və vaxtı barədə əmanətçilərə əlavə məlumat veriləcək.

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən,  qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi milli valyutada 15% həddində və xarici valyutada 3% həddində müəyyən edilib və tam olaraq 3 il müddətində sığortalanıb.

 

Вся лента