Neftin qiymətləri artımdan sonra enməkdədir

10:02 - 21.01.2020


21 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ötən gün artımdan  sonra çərşənbə axşamı günü ticarətində enir.

Bazar ertəsi günü Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,35 (0,54%) artaraq bir barelə $65,2 təşkil etmişdir. Onların qiyməti saat 9:20-də $0,36 (0,55%) enərək bir barelə $64,84 təşkil etmişdir.

Bazar ertəsi günü ABŞ-da Martin Lüter Kinq Günü qeyd edildikdən, Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin ticarəti aparılmamışdır. Fevral ayı üzrə fyuçers qiyməti saat 9:20-də $0,15 (0,26%) azalaraq bir barelə $58,39 təşkil etmişdir

 

Вся лента