İstehsalı artan daha bir sektor – SİYAHI

12:39 - 21.01.2020


21 Yanvar, Fineko/abc.az. Sənayenin qeyri neft-qaz sektorunda böyük artım müşahidə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Bəhs olunan dövrdə sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artıb.

Həmçinin sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 27,7 faiz çoxalıb.

Müəllif: Elmir Murad

 

 

Вся лента