Ermənistana məxsus PUA məhv edilib

16:24 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. Dekabrın 25-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, pilotsuz uçuş aparatı Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən zaman məhv edilmişdir.

 

Вся лента