Neft ucuzlaşır

10:07 - 22.01.2020


22 yanvar, Fineko/abc.az. Neftin qiymətlər çərşənbə axşamı günü ticarətində enmişdir və çərşənbə günü də enməkdə davam edir.

Yanvarın 21-i Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,61 (0,94%) azalaraq bir barelə $64,59 təşkil etmişdir. Onların qiyməti saat 9:15-də $0,23 (0,36%) enərək bir barelə $64,36 təşkil etmişdir.

Yanvarın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin fevral fyuçersi $0,20 (0,34%) enərək bir barelə $58,38 təşkil etmişdir. Fevral ayı üzrə fyuçers qiyməti saat 9:15-də $0,24 (0,41%) azalaraq bir barelə $58,14 təşkil etmişdir.

 

Вся лента