Azərbaycan dəmiryolçuları gücləndirilmiş iş rejiminə keçir

17:40 - 25.12.2017


25 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC gücləndirilmiş iş rejiminə keçir.

QSC-in məlumatında deyildiyi kimi, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib, çünki vətəndaşlar dəmir yol nəqliyyatını ucuz və rahat bir vasitə kimi istifadə etməyə üstünlük verirlər.

“Bununla bağlı, 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində sərnişin daşımaları departamentinin heyəti gücləndirilmiş  iş rejimində işləyəcək”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, sərnişin axınının gözlənilən artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan əlavə sayda vaqonların qoşulması təmin edilir.

Sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

 

Вся лента