Bakıda 155 nömrəli marşrut xətti ləğv edilib

25.12.2017,17:44


25 dekabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) marşrut xətlərinin optimallaşdırılması üzrə tədbirləri davam edir.

BNA-nin məlumatında deyildiyi kimi,  optimallaşdırılma çərçivəsində, paytaxtın, metronun “Azadlıq” stansiyasından  Mehdiabad və Fatmai qəsəbələrinə qədər hərəkət edən  155 nömrəli  marşrutu ləğv edilib.

“Həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə həyata keçiriləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq”, - məlumatda belə deyilir.

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi