“Şahdəniz”-dən indiyənədək bu qədər qaz ixrac edilib - Hesabat

12:32 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından indiyənədək çıxarılan və ixrac edilən qazın həcmi açıqlanıb.

ABC.AZ Energetika Nazirliyinin hesabatına istinadən xəbər verir ki, cari il yanvarın 1-dək çıxarılan qazın 77,6 milyard kubmetri ixraca nəql edilib.

Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.

 

Вся лента