“Avro-5” benzinin istehsal olunacağı tarix açıqlandı – Nazirlik

14:56 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. 2019-cu il ərzində ölkədə emal olunan neftin həcmi bəlli olub.

ABC.AZ Energetika Nazirliyinin hesabatına istinadən xəbər verir ki, sözügedən dövrdə 6 milyon 192 min ton neft emal edilib. Neftin emalı əvvəlki illə müqayisədə 104 min ton çox olub.

Qeyd edək ki, hazırda SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi işləri görülür. Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində 2021-2022-ci illərdə Azərbaycanda “Avro-5” standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tonadək artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.

Müəllif: Elmir Murad

 

Вся лента