Naxçıvanbank maliyyə vəziyyətini açqladı - Xalis mənfəəti azalıb

15:50 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. “Naxçıvanbank” maliyyə vəziyyətini açıqlayıb.

ABC.AZ bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuncu rübündə bankın xalis mənfəəti 5 milyon 179 min manat olub. Hesabata görə, bu 2018-ci illə müqayisədə 920 min manat və ya 15,09% azdır.

Fazi gəlirləri və xərcələrinə gəlincə isə bankın 2018-ci illlə müqayisədə 2019-cu ildə faiz gəlirləri 7 milyon 969 min manat (898 min manat və ya 12,70%) çox, faiz xərcləri  537 min manat olub.

Bankın qeyri-faiz gəlirləri 4 milyon 245 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə  2 milyon 20 min manat və ya 2 dəfəyə yaxın çoxdur.

Bankın qeyri-faiz xərcləri isə 4 milyon 99 min manat təşkil edib. 2018-ci ildə bankı qeyri -faiz xərclərində 1 milyon 225 min manat zərər edib.

Bankın 7 milyon 578 min manatlıq əməliyyat mənfəəti yaranıb ki, bu məbləğdən də 1 milyon 60 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb.

Müəllif: Elmir Murad

 

Вся лента