Azərbaycan xaricdən 14 min tondan çox çay alıb – Gömrük Komitəsi

16:10 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan xaricdən 14,1 min ton çay alıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal edilən çayın dəyəri 55 milyon dollar olub.

Qeyd edək ki, 2018-ci ildə ölkəmizə dəyəri 49,8 milyon dollar olmaqla 12,9 min ton çay idxal edilmişdi.

 

Вся лента