Neftin qiyməti davamlı olaraq enir, “Azeri Light” markası $2 ucuzlaşdı

10:12 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Neftin qiymətləri bazar ertəsi günü ticarətində enməkdə davam edir.

Yanvarın 24-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $1,35 (2,18%) azalaraq bir barelə $60,69 təşkil etmişdir. Onun qiyməti saat 9:25-də $1,4 (2,31%) enərək bir barelə $59,29 təşkil etmişdir.

Yanvarın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,4 (2,52%) düşərək bir barelə $54,19 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:25-də $1,31 (2,42%) azalaraq bir barelə $52,88 təşkil etmişdir.

Azeri Light Azərbaycan neftinin qiyməti $1,34 (2,04%) düçərək bir barelə $64,37 dollar təşkil etmişdir.

 

Вся лента