330x110
 

Bu bitkilərin əkin sahəsindən 6,3 faiz çox məhsul götürülüb – Ötən il

27.01.2020,12:41


27 yanvar, Fineko/abc.az. 2019-cu ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 39,5 min hektar əkin sahəsindən 3 milyon 254,9 min ton və ya 2018-ci illə müqayisədə 6,3 faiz çox məhsul götürülüb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, orta hesabla hər hektardan 31,3 sentner məhsul yığılıb. Bundan əlavə, 32,8 min hektar dən üçün qarğıdalı sahəsindən 283,6 min ton məhsul toplanıb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 538,5 min ton olub.