AZAL sərnişinlərə müraciət etdi – Çinə səfərlə bağlı

10:58 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.

ABC.AZ AZAL-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, qurum Çindəki epidemioloji vəziyyətə görə, sərnişinlərin martın 28-dək olan aviabiletlərinin uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəyini açıqlayıb. AZAL-dan bildirilib ki, aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə “[email protected]” elektron poçt ünvanı və yaxud qurumun saytındakı əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz: “https://help.azal.az/hc/az/requests/new”

Qeyd edək ki, AZAL hər il fevralda Bakı-Pekin-Bakı marşrutu üzrə reysləri müvəqqəti dayandırır. Bu, Çində bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur. Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevraldan Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

Müəllif: Elmir Murad

 

Вся лента