“Premium Bank”-ın qeyri-faiz gəlirləri də azalıb – Ötən ildə

11:41 - 28.01.2020


28 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Premium Bank” maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bankın qeyri-faiz gəlirləri 21 milyon 191 min manat, qeyri-faiz xərcləri 33 milyon 541 min manat təşkil edib. Beləliklə də 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirlərinin 381 min manat və ya 1,7% azaldığı, qeyri-faiz xərclərinin isə 998 min manat və ya 2,8% azaldığı görünür. Bankın 13 milyon 19 min manatlıq əməliyyat mənfəətindən 1 milyon 770 min manatı mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılıb. Nəticədə bankın vergi ödənişindən əvvəl 11 milyon 207 min manatlıq mənfəəti yaranıb ki, bu məbləğdən də bank 2 milyon 339 min manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti 8 milyon 868 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента