Neftin qiyməti yüksəlir, “Azeri Light” $1 artıb

09:55 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Neft çərşənbə günü ABŞ-da ehtiyatların azaldılması və OPEC+ ölkələrinin neft qiymətlərini saxlamaq üçün tədbirlər görəcəyini gözləmək barədə məlumatlarına əsasən bahalaşır.

Yanvarın 28-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $0,19 (0,32%) artaraq bir barelə $59,51 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,76 (1,28%) artaraq bir barelə $60,27təşkil etmişdir.

Yanvarın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,34 (0,64%) artaraq bir barelə $53,48  təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:20-də $0,69 (1,29%) artaraq bir barelə $54,17 təşkil etmişdir.

Azeri Light neftinin qiyməti $1,09 (1,73%) artaraq bir barelə 63,95 dollar təşkil etmişdir.

 

Вся лента