Qiymətli kağızlar bazarına böyük həcmli istiqraz yerləşdirildi – 10 milyon manatlıq

10:27 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Maliyyə Nazirliyi tərəfindən tədavül müddəti 5 il olan 10 milyon manat məbləğində dövlət istiqrazları qiymətli kağızlar bazarında yerləşdirilib.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, hərracın nəticəsinə görə sifarişlərin nominal üzrə ümumi məbləği 50,5 milyon manat təşkil edib, bu da investorlar tərəfindən təqdim olunan sifarişlər üzrə orta ölçülmüş qiymətin 101,36 (gəlirlilik 8,16 faiz) səviyyəsində müəyyən olunması ilə nəticələnib.

Nazirlikdən bildirilib ki, sözügedən buraxılış dövlətin qiymətli kağızları üzrə daha uzunmüddətli gəlirlilik əyrisinin formalaşdırılmasına xidmət edəcək. Bununla yanaşı həm də özəl sektorun nümayəndələri tərəfindən milli valyutada buraxılacaq uzunmüddətli qiymətli kağızlar üçün istinad dərəcəsi (bençmark) rolunu oynayacaq.

Müəllif: Elmir Murad

 

Вся лента