Azərbaycanın dövlət borclarının 94%-i xarici valyutadır – Rövşən Ağayev

14:28 - 29.01.2020


29 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iqtisadçı-ekspert Rövşən Ağayev Fitch beynəlxalq kredit agentliyinin həm Azərbaycanın ölkə olaraq, həm də aparıcı dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləməsi ilə bağlı faydalı ola biləcək şərh verib.

ABC.AZ-ın məlumatına görə, ekspert bildirib ki, beynəlxalq agentliklərin reytinqləri həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir.

Onun sözlərinə görə, fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur. R.Ağayev gələcək üçün proqnoz verərək gözlənilənləri də qeyd edib: “Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətini 4.2%-ə enməsinə səbəb olacaq - halbuki 2019-da bu rəqəm 6% ətrafında idi. Xarici borcun ÜDM-ə nisbəti 18.9%-dir və bu "BB" səviyyəsi üçün hazırkı həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır.

Lakin dövlət zəmanətilə alınan və "şərti öhədlik" hesab olunan borclar daha böyükdür və onların ÜDM-ə nisbəti 31%-dir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50% təşkil edir. Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələrilə bağlıdır. Dövlət borclarının 94%-i xarici valyutadır və bu "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir”.

Müəllif: Elmir Murad

 

Вся лента