12:00 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. Azərbaycanın daha bir zonası turizm mərkəzinə çevrilir.
Belə ki, ABC.AZ-ın əldə etdiyi məlumata görə, Bakının Pirallahı adasının cənub hissəsindəki 50 ha ərazidə hal-hazırda şaquli planlaşdırma işləri, 2 km uzunluğunda mərkəzi yolun, 6 km uzunluğunda isə daxili yolların torpaq yatağının tikintisi və bərkidilməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, layihəyə uyğun olaraq, ərazidə mehmanxana, restoran, idman kompleksi, villa, kotec və qalereya tipli yaşayış evləri, çimərlik zonası, su idman növləri üçün infrastrukturun yaradılması, açıq və qapalı tipli su hovuzları, uşaq əyləncə mərkəzi, yaşıllıq zonası, mini parklar və s. nəzərdə tutulub. Həmçinin, adalara səyahətin və Bakı bulvarına dəniz taksiləri vasitəsilə gəzintilərin təşkili, kanat yolunun quraşdırılması planlaşdırılır.
Müəllif: Elmir Murad
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024