Azərbaycan Prezidenti, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə sədr təyin etdi

14:11 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə sədr  və  Himayəçilik Şurasının üzvlərini təyin etdi.

Azərbaycan prezidentinin sərəncamı ilə, Fəxri Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Digər sərəncamla,  prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun  Himayəçilik Şurasının heyətini təsdiq etdi.

Himayəçilik Şurasına aşağıda qeyd edilən şəxslər daxil edilmişdir: Sevinc Həsənova – iqtisadiyyat nazirinin müavini, Emin Hüseynov – maliyyə nazirinin müavini, İdris İsayev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Vadim Xubanov – Azərbaycan Mərkəzi Bankı sədrinin müavini, Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

Dövlət başçısının sərəncamı ilə, “Azərbaycan İpoteka Fondu” (AİF) ASC, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”na çevrildi.

Həmçinin dövlət başçısı, “İpoteka və Kredit Zəmanət Fondu”nun yaradılması ilə bağlı, “Kredit Zəmanət Fondu”nun ləğv edilməsi haqqında fərman imzalayıb.

 

Вся лента