Cərrahlar 4500-5000 manat aylıq əlavələr alacaq – İcbari Tibbi Sığorta Agentliyindən daha bir açıqlama

14:08 - 30.01.2020


30 yanvar, Fineko/abc.az. İcbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə müxtəlif ixtisaslı səhiyyə işçilərinin gözlənilən maaşları açıqlanıb.

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) büdcə planlaşdırılması və hesabatlılıq şöbəsinin koordinatoru Nəsimi Nuriyev bildirib.

 O qeyd edib ki, tibbi sığortanın tətbiq edildiyi ərazilərdə ambulator tibb məntəqələrində çalışan həkimlərin maaşlarına əlavələr (yəni maaşdan əlavə) orta hesabla 1000-1200 manat, stasionarda 1500-1800 manat təşkil edir. Cərrahların maaşlarına aylıq əlavələr isə 4500-5000 manat arasındadır.

Müəllif: Elmir Murad

 

 

Вся лента