330x110
 

Aqrolizinq açıq tender elan edir

30.01.2020,14:39


30 yanvar, Fineko/abc.az. “Aqrolizinq” ASC tərəfindən 50 ədəd taxılyığan kombaynların xırdalayıcı ilə və 25 ədəd taxılyığan kombaynların (dağlıq ərazilərdə istifadə edilməsi üçün mexanizmi olan) satınalınması Açıq tender keçirirlir.

Tenderdə iştirak haqqı 5000 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 28.02.2020 18:00 qədər , tender təklifini və  bank təminatını isə 11.03.2020 18:00  qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az   vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 12.03.2020 11:00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Əlaqələndirici şəxs : Suqra Məmmədova

Telefon: (+99412) 425-62-18

Ünvan: Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12