330x110
 

Caspian European Club biznes-tur təşkil edib

30.01.2020,16:18


30 yanvar, Fineko/abc.az.  Caspian European Club üzvləri 30 yanvar 2020-ci il tarixində  biznes-tur çərçivəsində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinə səfər ediblər.

Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Şirkətlərə Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Biznes-tur çərçivəsində şirkətlər 1 saylı Bakı DOST Mərkəzi və DOST Agentliyi ilə tanış olublar.

Biznes-tur iştirakçılarına interaktiv formatda DOST-un fəaliyyəti və gələcək planları barədə məlumat təqdim olunub. Qeyd olunmuşdur ki, hal hazırda iki DOST Mərkəzi fəaliyyət göstərir və social təminat istiqamətində vətəndaşlara 132 növ xidmət göstərilir.

Caspian European Club üzvlərinin DOST rəhbərliyi ilə görüşü təşkil olunub və biznes-tur iştirakçılarını maraqlandıran suallara cavab verilib. Telman Əliyev qeyd edib ki, tərəflər əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.

Telman Əliyev qeyd edib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlığın qurulması imkanları ilə daha yaxından tanış olmaq məqsədilə iş adamları üçün ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir. İlin əvvəlindən 10-dan çox biznes-tur həyata keçirilib. Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikasına, Gazelli Group kosmetika şirkəti fabrikasına, Debet Safety şirkətinin fabrikasına, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara  Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində İnnovasiyalar Mərkəzinə, Qida Təhlükəsizliyi İnstitutuna və digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatları birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb.  Caspian European Club-un qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un Gürcüstanda və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa,Çexiya və Latviyada isə səlahiyyətli nümayəndələri var.

 

Ключевые слова: Caspian European Club