330x110
 

Azərbaycan Nigeriyaya gilas və nar ixrac edir – Rusiya bazarından asılılıq azaldılır

03.02.2020,11:26


3 fevral, Fineko/abc.az. Azərbaycandan Pakistan vә Cәnubi Koreyaya nümunә olaraq mürәbbә, noxud, düyü, cem, meyvә quruları göndәrilib. İlk addımlar atılıb vә yaxın zamanda ixrac әmәliyyatlarının baş tutacağı gözlәnilir.

ABC.AZ “Aqrar tәdarük vә tәchizat” ASC-yə istinadən xəbər verir ki, adıçəkilən ölkələrlə yanaşı 2019-cu ildə Nigeriyaya gilas, nar ixracı, Dubaya armud, gilas vә yumurta ixracı hәyata keçirilib. Hazırda Körfәz ölkәlәri, Şәrqi vә Mәrkәzi Avropa, Afrika, Çin, Sinqapur, Hindistan vә digәr yeni ölkәlәrlә danışıqlar aparılır. Həmçinin 2019-cu ildə Azәrbaycanda mәhsul bolluğu oldğu üçün Rusiyaya bazarlarında satış hәcmi çoxalıb. 20-dәn çox şirkәtlә müqavilә imzalanıb, ixrac zamanı yeni innovativ qablaşmalar istifadә edilmiş vә bizim ölkә üçün yeni olan bazarlarla işgüzar әlaqәlәrin qurulması, hәmçinin mәhsullarımızın ixracı hәyata keçirilib.

Səhmdar Cəmiyyətdən bildiriblər ki, əsas mәqsәd Rusiya bazarından asılılığı minimuma endirmәk vә alternativ bazarlara daha çox üstünlük vermәkdir.

Müəllif: Elmir Murad