MİDA açıq tender elan edir

15:17 - 3.02.2020


3 fevral, Fineko/abc.az. “MİDA” MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əalqədar açıq tender keçirir. Tender 5 Lotdan ibarədir.

Lot-1 – 8 və 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.

Lot-2 – 13 nömrəli 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 900 manatdır.

Lot-3 – 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.

Lot-4 – 17 və 18 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.

Lot-5 – Sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, Tenderdə iştirak haqqı 600 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün  sənədləri  06.03.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.03.2020 17:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 17.03.2020 15:00 tarixində aparılacaq.

Ünvan: Bakı, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z

Əlaqələndirici şəxs : Vəliyev Zahid

Telefon : (+99412) 594-54-01

 

Вся лента