Yeni “DOST” mərkəzləri yaradılacaq – Nazirlikdə müşavirə

12:32 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib.

ABC.AZ xəbər verir ki, müşavirə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına dair konfransda Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası sahəsində qarşıdan duran vəzifələrə həsr olunub.

Nazir Sahil Babayev konfransda Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə bağlı verilmiş tapşırıqların yüksək səviyyədə icrasının nazirliyin əsas fəaliyyət prinsipləri olduğunu diqqətə çatdırıb.

Müşavirədə həmin tapşırıqlara uyğun olaraq yeni “DOST” mərkəzlərinin yaradılması, bu il şəhid ailələri və müharibə əlillərinə ən azı 1500 mənzilin təqdim edilməsi, özünüməşğulluq proqramının daha da genişləndirilməsi, ödənişli ictimai iş yerləri üzrə nəzarətin gücləndirilməsi məsələləri müzakirə olunub. Habelə iş yerlərində qeyri-formal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının qorunması istiqamətində fəaliyyətin gücləndirilməsi, ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrə əlçatanlığının və proqramın əhatə dairəsinin artırılması ilə bağlı müzakirələr aparılıb.

Müəllif: Elmir Murad

 

Вся лента