“Nar”-ın dəstəyi ilə keçirilən “Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırıldı

11:32 - 27.12.2017


“Nar” tərəfindən dəstəklənən və Azərbaycan Respublikası Təhsil nazirliyi tərəfindən keçirilən ənənəvi “Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətlərinin 6 nominasiyası üzrə qəbul edilmiş 644 layihəyə ekspertlər tərəfindən baxılıb, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 197 layihə nominant müəyyən edililib. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən onlayn qiymətləndirilərək nominantlar arasından qaliblər seçilib.

Xatırladaq ki, müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən  müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadə etməyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.

Müsabiqə “Nar”, “AzEduNet”, “Ultra”, “Təhsildə innovativ texnologiyalar” əlavə təhsil mərkəzi və “Edumedia Azərbaycan” tərəfindən dəstəklənməkdədir. Elm və təhsilin inkişafına davamlı dəstək verən “Nar” bu il də ənənəvi olaraq “Elektron təhsil” respublika müsabiqəsinin əsas tərəfdaşlarından oldu.

Özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində “Nar” ölkənin ictimai həyatında aktiv iştirak edir, sosial məsuliyyət hissi ilə elm, təhsil, mədəniyyət və idman sahələrini əhatə edən müxtəlif layihələrə dəstək olur.

 

 

Вся лента