Azərbaycan Respublikasının Prezidenti, İsmayıllı rayonu Lahıc kəndinin qazla təmin edilməsinə dair sərəncam verib

06.10.2017,11:54


Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev, Azərbaycanın İsmayıllı rayonu Lahıc kəndinin qazla təmin edilməsi üzrə tədbirlər barədə sərəncam imzalayıb.

Prezidentin sərəncamına əsasən, kəndin qazlaşdırılması  Azərbaycan Respublikasının Dövlət Neft  Şirkətinə (SOCAR) həvalə edilib.

Digər sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidentinin ehtiyat  fondundan, Lahıc kəndində  400 şagirdin təhsil ala biləcəyi yeni məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 mln. manat, habelə, Dəmirçi-Lahıc avtomobil yolunun inşası üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə  3 mln. manat  ayrılacaq.

Ключевые слова: Lahıc İlham Əliyev