12:07 - 27.12.2017
“Türk Hava Yolları” aviaşirkəti 2017-ci ilin noyabr ayı üzrə istehsalat fəaliyyətinin yekunlarını açıqlayıb. Qlobal aviadaşıyıcı hesabat ayında yüklənmə səviyyəsinin ən yüksək göstəricisinə müvəffəq olub – 79,5%.
Yüklənmə səviyyəsinin ümumi göstəricisi 5,4 faiz bəndi artıb. Ötən ay aviaşirkət tərəfindən daşınan sərnişinlərin sayı 18,4% artaraq 5,3 milyona çatıb. Sərnişin axını beynəlxalq reyslərdə 20,2% artıb (transfer sərnişinlər xaric).
Hesabat ayında “Türk Hava Yolları” tərəfindən həyata keçirilmiş yük daşımalarının və poçtun həcmi 2016-cı ilin analoji ayı ilə müqayisədə 26,9% artıb. Bu göstərici üzrə ən gözə çarpan artımı Avropa (33,8%) və Uzaq Şərq (31,8%) nümayiş etdirib.
Cari ilin yanvar-noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tələbat 7,2%, sərnişindaşımaların həcmi isə 8,3% artıb. Aviaşirkətin ümumi sərnişin axını 63,1 milyon insana çatıb.
Hesabat dövründə yüklənmə səviyyəsinin ümumi göstəricisi 4,6 faiz bəndi artaraq 79,1%-ə çatıb, halbuki beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsinin göstəricisi 5 faiz bəndi artaraq 78,3% təşkil edib.
Bu ilin yanvar ayından noyabr ayınadək daşınan yüklərin və poçtun həcminin inamlı artımı sayəsində cari ilin ilk on bir ayında bu göstərici 26,3% artaraq 1 mln tona çatıb.
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024