Natia Turnava: Gürcüstanda 700-dək Azərbaycan şirkəti fəaliyyət göstərir

15:26 - 10.02.2020


10 fevral, Fineko/abc.az.  Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində əsas ölkələrdəndir.

ABC.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava Tiflisdə İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

Gürcü nazir qeyd edib ki, hazırda Gürcüstanda 700-dək Azərbaycan şirkəti fəaliyyət göstərir. N.Turnava qeyd edib ki, M.Cabbarovla görüşdə bir sıra yeni layihələr və dəmir yolu üzrə “Orta dəhliz”in inkişafı, energetika və logistika sahələrini də əhatə edən digər məsələlər müzakirə olunub. “Biz birgə səylərlə dəhlizin rəqabətliliyini artıra bilərik. Bu da hər iki ölkə üçün faydalı olacaq” deyə Gürcü nazir bildirib.

 

Вся лента