VTB Azərbaycanda yeni TƏYİNAT

16:22 - 11.02.2020


11 fevral, Fineko/abc.az.  VTB (Azərbaycan)-ın Müşahidə şurasının tərkibində dəyişiklik olub.

ABC.AZ xəbər verir ki, 23 dekabr 2019-cu il tarixində keçirilən bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar yığıncağının qərarına əsasən Dyaçenko Andrey Nikolayeviç bankın Müşahidə şurasının yeni üzvü təyin edilib. Bununla da Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:

Bortnikov Denis Aleksandroviç – Müşahidə şurasının sədri

Tsaryev Sergey Vladimiroviç - Müşahidə şurasının sədrinin müavini

Dyaçenko Andrey Nikolayeviç - Müşahidə şurasının üzvü

Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev və Andrey Dyaçenko isə VTB (PSC)-nin idarəedici direktorlarıdır.

 

Вся лента